Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Unikal.org-un APA-ya istinadən məlumatına görə, iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmənin baxış iclası iyunun 14-nə təyin edilib.
 
Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. Vəfadar Əbilhəsənov "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-də aparat rəhbəri vəzifəsində çalışıb. 
 
Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
 
İlkin ehtimala görə, hadisə şəxsi münaqişə zamanı qeydə alınıb.