Bu ilin avqust ayının birindən etibarən Ermənistanda qaz tarifləri aşağı salınacaq.
Unikal.org azvision.az-a istinadən bildirir ki, bu barədə qərar Ermənistan İctimai Xidmətlərin Qiymətlərinin Tənzimlənməsi üzrə Komissiyasının bu gün keçirilən iclasında qəbul olunub.
Məlumata əsasən, avqustun birindən Ermənistan əhalisi qazın bir kubmetri üçün 156 dram (0,48) yox, 146,7 (0,45 AZN) dram ödəyəcək.
Qeyd edək ki, aprelin 8-i Rusiya Ermənistana satdığı təbii qazın min kub metrinin qiymətini 15 dollar ucuzlaşdıraraq, 165 dollardan 150 dollara endirib.