Yaponiya hökuməti Şimali Koreyanın ballistik raket hücumuna qarşı orduya təlimat verib.
Unikal.org axar.az-a istinadən bildirir ki, təlimata görə, Pxenyan Yaponiya ərazisinə hər hansı hücum cəhdi edərsə, ordu dərhal qarşılıq verəcək.
Yaponiyanın quru sərhədlərində "Aegis" təchizatlı radar sistemlərinin quraşdırılacağı da bildirilib.
Qeyd edək ki, Şimali Koreya hökuməti 6 yanvar və 7 fevral tarixlərində ballistik raketlər sınaqdan keçirmişdi. Pxenyanın 3-cü sınağı həyata keçirəcəyi ehtimal edilir.