"Çin Trans-Xəzər Nəqliyyat Dəhlizinə maraq göstərir. Bu ölkənin nümayəndə heyəti dəhlizdən istifadə ilə bağlı Azərbaycana səfər edəcək.
Unikal.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, indiyə qədər Trans-Xəzər Nəqliyyat Dəhlizinin Çinin 2 şəhərində, eləcə də Türkmənistan və Gürcüstanda təqdimatı olub: "Növbəti təqdimat isə gələn il Hindistanda olacaq.