Avstraliyanın şimalında Kuinsland (Queensland) əyalətində Deyntri milli parkında yerləşən Tornton çay çimərliyində 46 yaşlı Sindi Uoldron adlı qadını timsah parçalayaraq yeyib.
Unikal.org musavat.com-a istinadən bildirir ki, BBC-nin məlumatna görə, qadın çimərliyə dostları ilə xərçəng xəstəliyindən qurtuluşunu qeyd etmək üçün gedib. Qadın çimərliyə düşdükdən az sonra timsah onu suya çəkib. Qadının dostları onu timsahın ağzından qurtarmağa cəhd etsələr də, buna nail ola bilməyiblər.
Əyalət polisi hadisənin faciəvi olduğunu bildirməklə yanaşı, xüsusilə gecə saatlarında çaya enməklə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq etdiklərini bildiriblər. Avstraliya timsahlarının ən fəal və ac dövrü gecə saat 10-dan sonra başlayır. Polisin bildirdiyinə görə, Sindi Uoltron və onun dostları çay kənarına yerləşdirilən xəbərdarlıq işarələrinə də məhəl qoymayıblar.
Yetkililər bu çayda hər il ən azı iki nəfərin timsahların qurbanı olduğuna diqqəti çəkirlər.