Belarus prezidenti Aleksandr Lukaşenko oğlu Nikolayla birgə Minsk traktor zavoduna yollanıb.
Unikal.org baku.ws-ə istinadən bildirir ki, zavodun 70 illiyi münasibəti ilə baş tutan səfər çərçivəsində prezident və oğlu ay köynəkdə kərənti ilə ot biçib. Kənd təsərrüfatı işlərində fəal iştirak edən prezident traktora da minib.
Lukaşenko daha sonra sükanı 11 yaşlı oğlu Nikolaya həvalə edib. Lukaşenko, həmçinin əkin sahəsində işləyən oğluna göstərişlər verib.