Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yol göstərici xətləri, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir. 
"Azəravtoyol" ASC-dən Unikal.org-a daxil olan məlumata görə, bu məqsədlə bu gün saat 23:00-dan etibarən Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində rənglənmə işləri aparılacaq. Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət tam məhdudlaşdırılacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.