Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin "Türkiyədən münasibətlərin bərpa olunması üçün addımlar gözləyirik" fikrinə belə cavab verib.
Bir pilotun etmiş olduğu səhv səbəbi ilə Türkiyədən qisas almaq düşündürücüdür. dedi.
"GÖRƏSƏN NECƏ BİR İLK ADDIM gözləyir"
Ərdoğan sözlərini belə davam etdirdi:
"Görəsən bizdən necə bir ilk addım gözlənilir onu anlamaqda çətinlik çəkirəm. Biz Türkiyə olaraq günahkar kürsüsündə oturan bir ölkə deyilik. Rusiya ilə münasibətləri pozmaq istəyən də biz deyilik.
Qaldı ki Hörmətli Putin ilə bizim əlaqələrimiz həqiqətən çox fərqli bir nöktədən, iki yaxşı dost nöktəsinədək mövqeyə gəlmiş olması və yaxud da bir pilotun etmiş olduğu səhv və ya bir səhv səbəbiylə böyük Türkiyəni fəda etməsi həqiqətən düşündürücüdür.
Biz burada Rusiya ilə münasibətləri yenidən inkişaf etdirmənin və yenidən fərqli bir mövqeyə daşımanın səyi içində olmalıyıq deyə düşünürəm. Ümid edirəm ki, bu çətinlik qısa zaman kəsiyində bərpa olunacaq və Türkiyə ilə Rusiya son 10 ildə atılan addımları atmağa davam edəcək".