İnsanların hər gün istifadə etdikləri polietilen torbaların məhdudlaşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər planı hazırlayıb.

Unikal.org "Xəzər xəbərə istinadən xəbər verir ki, plastik tullantınlardan, xüsusilə polietilen torbalardan istifadənin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutulub.

Nazirliyin şöbə müdiri Umayra Tağıyeva bildirib ki, polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir.

Umayra Tağıyeva vurğulayıb ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir. Odur ki, plastik tullantıların təbiətə neqativ təsirlərinin aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması sahəsində prioritet hesab olunur. Bu məqsədlə yaxın dövrdən etibarən polietilen torbalardan istifadə müxtəlif üsullarlarla məhdudlaşdırılacaq.