Şəkidə külli miqdarda narkotik bitki məhv edilib.
Unikal.org Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəki rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bitən narkotik tərkibli bitkilərin yerini müəyyən edərək məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirib.
Keçirilmiş tədbir nəticəsində rayonun Biləcik kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitki aşkar edilib. Polis əməkdaşlarının və kənd sakinlərinin iştirakı ilə ərazidən ümumi çəkisi 8 tondan çox narkotik tərkibli bitki yığılaraq yandırılma yolu ilə məhv edilib.
RPŞ-dən bildirilib ki, rayonun müxtəlif ərazilərində bitən narkotik tərkibli bitkilərin yeri müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir.