Kranoyarsk diyarında içkili vəziyyətdə olan sürücü protokolu yeməyə cəhd edib.
Unikal.org Rusiya mediasına istinadən bildirir ki, sükan arxasında çox içkili vəziyyətdə olan cavan kişi olub.
Müfəttişlər onu protokol tərtib etmək üçün öz avtomobillərinə dəvət ediblər. Orada isə gənc fərasətli möcüzələr göstərib.
Ondan protokolu imzalamasını xahiş edəndə, əvvəlcə onu müfəttişlərin əlindən almağa cəhd göstərib, sonradan dişləri ilə tutaraq bir parçasını qopararaq yeyib.
Saxlanıldıqdan sonra polisə təhvil verilib.