İzmir şəhərində Azərbaycanın da iştirak etdiyi "Efes-2016" beynəlxalq təlimlərində əsl döyüş abu-havası yaşanıb. Təlimlərdə həqiqi raketlərdən istidadə edilib.
Unikal.org xəbər verir ki, Türkiyənin İzmir şəhərində keçirilən təlimlərdə terrorla mübarizəyə daha çox diqqət ayılıb.
Qeyd edək ki, təlimləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov da izləyib. Həmiçinin Tükiyə prezidenti Rəcəp Tayyip Ərdoğan, Türkiyənin müdafiə naziri Fikri Işık, baş qərargah rəisi Hulusi Akar, Səudiyyə Ərəbistanının baş qərargah rəisi Abdulrahman Saleh Al Bunyan, Qətərin baş qərargah rəisi Ukraynanın baş qərargah rəisi Viktor Muzhenko, Yaponiyanın baş qərargah rəisi Kiyofumi Ivata, Pakistanın Quru Qoşunlarının Komandiri Raheel Sarif və digər ölkələrin ordu rəsmiləri təlimləri izləyib.