Bu gün axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Biləsuvar rayonu, Səmədabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evində baş vermiş yanğın nəticəsində evin mətbəxinin və aynabəndinin yanar konstruksiyaları 52 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Daha bir yanğın Masallı rayonu, Köhnə Alvadı kəndində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m, taxta konstruksiyalardan ibarət olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin  2 otağının yanar konstruksiyaları və dam örtüyü 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  
 
Bundan başqa, Sumqayıt şəhəri, Corat qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə də yanğın baş verib.  Nəticədə evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın bütün hallarda yanğınsöndürənlər tərəfindən söndürülüb