Türkiyədə fəaliyyət göstərən və bir müddət əvvəl ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın vəkili Brafman məhkəməyə yeni ərizə ilə müraciət edib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Brafman 55 səhifəlik ərizədə Zərrabın Mayamidəki dindirilmədə yalan söyləmədiyini irəli sürüb.
O, Zərrab əleyhinə 21səhifəlik iddianaməni hazırlayan hind prokuror Brit Bhararanın qanunları Rza Zərraba düzgün izah etmədiyini, onun Türkiyə türkcəsində tərcüməsi istəməsinə baxmayaraq ilk ifadəsinin ingilis-dilində alındığını, eləcə də 17 dekabrla bağlı istintaqın Nyu-Yorkdakı davaya qarşı istifadə edilməməli olduğunu bildirib.
Brafman həmçinin deyib ki, Zərrab sərvəti ilə bağlı verdiyi məlumatları doğru söyləyib.
Qeyd edək ki, cənubi azərbaycanlı iş adamı R.Zərrab həyat yoldaşı, müğənni Ebru Gündeşlə Mayamidə istirahətdə olarkən həbs olunub. O, ABŞ-ın İrana olan sanksiyaları nəzərə almayaraq ticarət etmək, dövləti aldatmaq, bankl hesabları ilə oynamaq, "çirkli pulların" yuyulması və digər maddələrlə ittiham olunub.