2018-ci ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 15 milyard 966,3 milyon manat olub.
Unikal.org-un məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 7 milyard 237,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 8 milyard 728,8 milyon manata bərabər olub.
İstehlak məhsullarının 24,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 30,4 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 17,4 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.