Binəqədi polisi rayon ərazisində fərdi evlərdən oğurluq edən iki nəfərdən ibarət dəstəni zərərsizləşdirib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Sulutəpə yaşayış massivində yaşayan sakinlər Rayon Polis İdarəsinə müraciət edərək onlara məxsus evlərdən oğurluq olması ilə bağlı məlumat veriblər. Məlumat əsasında əməliyyat-axtarış tədbirlərinə başlayan Binəqədi polisini əməkdaşları həmin cinayəti törətməkdə şübhəli bilinən 31 yaşlı Məmmədov Elvin Mirqələm oğlu və 21 yaşlı Xəlilov Sumbat Rəhim oğlunu saxlayıb. Saxlanılan şəxslər dindirilərkən törətdikləri cinayət əməlini etiraf ediblər. Elvin Məmmədov oğurluğu, əsasən, günü qaranlıq vaxtında həyata keçirdiklərini deyib.

Oğurluq yolu ilə 1000 manatdan artıq pul əldə etdiklərini söyləyən Elvinin sözlərinə görə, həmin pulları əyləncəyə xərcləyiblər. Hələlik 3 cinayəti sübuta yetirilərək saxlanılan şəxslərin oxşar cinayətlərdə iştirakları istisna edilmir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.