Bakıda zəhərlənmədən ölən 10 yaşlı Fatehin sinif rəhbəri danışıb.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Mərdanlı Fateh Murad oğlunun sinif rəhbəri olan Gülnarə Mütəllimova Unikal.org-a açıqlamasında bildirib ki, dünyasını dəyişən uşaq bu il imtahanla onların məktəbinə qəbul olmuşdu:
"Çox yaxşı, ağıllı, sakit, tərbiyəli,bilikli və ən əsası isə səsi gözəl olan tələbə idi. Çox yaxşı muğam ifa edirdi. Anası hər diqiqə onunla maraqlanırdı. Bu gün onun sinfində olan 14 nəfər uşaq Fatehin ölüm xəbərini eşidib, hönkür-hönkür ağlayırlar. Onu da deyim ki, "Bayraq günü" ilə bağlı təşkil edilən konsert proqrmında çıxış elədi. Ailəsi çox sevincli idi. Öz yaşıdları səviyyəsində səsi yerində olan uşaq idi".

Gülnarə müəllim həmçinin qeyd edib ki, uşağın yaxınları ilə bu gün əlaqə saxlayıb: "Mənə bildirdilər ki, Keşlədə marketlərin birində valideyinləri balıq alıb. Balığı yedikdən sonra ailə zəhərlənib. Nəticədə Fateh dünyasını dəyişib.
Qeyd edək ki, zəhərlənərək ölən 10 yaşlı Fatehlə bağlı Qida Təhülkəsizliyi Agentliyi məlumat yayıb. Bildirib ki, Fateh Mərdanlı qidadan deyil, dəm qazından zəhərlənərək dünyasını dəyişib.