Psixoloqlar sübut edib ki, həddindən artıq sevgi insanları asanlıqla "zəhərləyə" bilir. Bu isə birbaşa olaraq insanın ruhuna təsir etdiyi üçün tez zamanda hansısa dərmanlarla sağalmaq mümkün deyil. 
 
Unikal.org musavat.com-a istinadən məlumatına görə, Üsküdar Universitetinin psixoloqu Zehra Erol sevgi zəhərlənməsinin insan psixologiyasında kifayət qədər ciddi fəsadlar yaratdığını bildirir və sevgililəri bu məsələdə xüsusilə diqqətli olmağa çağırır.
 
Psixoloqların sözlərinə görə, qarşısındakı insana həddindən çox bağlanan, sevən insan əsas diqqətini sevgilisinə münasibətinə ayırdığı üçün o, digər mövzular barəsində sağlam düşünə bilmir. Bu zaman sevən şəxsin ovqatı da birbaşa olaraq qarşısındakı şəxsin ona göstərdiyi münasibətdən, diqqətdən asılı olaraq dəyişir.
 
Gün ərzində sevgilisindən xoş söz eşitməyən, diqqət görməyən şəxslər ətrafdakılarla daha əsəbi davranırlar.
 
Əksər hallarda isə bir tərəfin digərindən daha çox sevdiyini, daha diqqətcil olduğunu nəzərə alsaq, bu zaman tərəflərin gözləntiləri münasibətin daha təhlükəli vəziyyət almasına səbəb olur. Çünki qarşısındakına nisbətən sevgilisinə daha çox diqqət göstərdiyini (ona daha çox zəng etdiyini, xoş sözlərlə söylədiyini ) düşünən insan bu diqqəti qarşı tərəfdən görmədiyi üçün tez-tez mübahisə yaratmağa başlayır. Elə bu "xəstəlik" də sonrakı mərhələlərdə daha şiddətli forma alır. Qarşısındakının onu yetərincə sevmədiyini düşünən şəxs həm öz əhvalını, dolayısıyla bütün gününü korlayır, həm də öz davranışları, hərəkətləri ilə həmin insanın ovqatına, psixologiyasına təsir etməyə başlayır. Mütəxəssislər bu xəstəlikdən qorunmaq istəyən şəxslərə qarşılarındakı şəxsi heç bir gözləntisiz sevməyi, bununla da münasibətlərini kabusa çevirməməyi məsləhət görürlər.