Xəbər verdiyimiz kimi, ötən gün akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həyətində yeni doğulan (ana bətnindən 7-8 aylıq ikən çıxarılmış) qız uşağının meyidi tapılıb.
İlk baxışdan məlum olub ki, körpə vəhşı heyvanların qurbanı olub. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı müvafiq araşdırma aparılır.
Unikal.org bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova azvision.az-a açıqlamasında deyb ki, M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həyətində tapılan uşaq meyidinin xəstəxanaya heç bir aidiyyatı yoxdur.
Nazirlik rəsmisi qeyd edib ki, zibil kimi atılan uşaq cəsədi vətəndaşlar tərəfindən aşkar edilib və dərhal polisə məlumat verilib.
"Həmin körpənin xəstəxanaya aidiyyatı yoxdur. Bu, kənarda baş vermiş hadisədir. Hazırda polis faktla bağlı araşdırma aparır".