"Bakutel-2018 24-cü Azərbaycan Beynəlxalq
Telekommunikasiya,
İnnovasiya və Yüksək
Texnologiyalar sərgi-konfransı çərçivəsində
Uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası təşkil olunub.
Unikal.org xəbər verir ki, Bakı şəhərində yerləşən 2 və 3 saylı Uşaq evlərindən 60-dan çox uşaq "Bakutel-2018-in pavilyon və stendləri ilə tanış olublar. Uşaqlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin stendində təqdim olunan robotexnikaya xüsusi maraq göstəriblər. Startapçılar uşaqlara robotların yaradılması, onların idarə olunması barədə məlumat veriblər. "Azərmarka MMC-yə məxsus stenddəki rəngarəng marka nümunələri azyaşlıların xüsusi diqqətini çəkib. Onlara milli marka nümunələri və digər hədiyyələr təqdim edilib. Azərbaycanın ilk Regional Data Mərkəzinin xidmətlərinin nümayiş olunduğu "AzİnteTecom MMC-nin stendində də uşaqlar xüsusi qayğı ilə əhatə olunub. Onlar sərgidə fəaliyyət göstərən digər pavilyonlarla da tanış olub və innovativ oyun zonasında əyləniblər. Uşaqlara "Külək: Yer kürəsinin şahzadəsi- Azərbaycanın ilk virtual reallıq kitabı hədiyyə olunub.
Uşaqların sərgiyə ekskursiyası sabah da davam edəcək.
Xatırladaq ki, "Bakutel-2018 sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" (CEO) şirkətinin təşkilatçılığı və "Azercell şirkətinin baş sponsorluğu ilə keçirilir.