Bakının Xətai rayonunda 14 yaşlı qıza qarşı təcavüz edilib. 
Unikal.org teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun G.Şıxlınski küçəsində yerləşən evlərdən birində baş verib. 
Həmin ünvanda yaşayan 2002-ci il təvəllüdlü M. A. xalası oğlu, 1998-ci il təvəllüdlü Tural Sarıyev tərəfindən təcavüzə məruz qalıb. Tural Sarıyev xalası qızı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. 
Faktla bağlı Cinayət Məcəlləsinin 152-ci (əxlaqsızlıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. 
İş üzrə istintaq hərəkətləri aparılır.