Rusiya İstintaq Komitəsinin əməkdaşları Azərbaycan əsilli yəhudi biznesmen Solomon Manaşirovu hüquq-mühafizə orqanları ilə əlaqəyə girməyi dayandırdıqdan sonra federal axtarışa verib. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Manaşirovun hazırda İsraildə gizləndiyi bildirilir.
Solomon Manaşirova qarşı vergi ödəmədiyinə görə cinayət işi qaldırılıb. Dövlətə dəyən zərər 500 milyon rubl dəyərləndirilir.
Bir müddət əvvəl Rusiya İstintaq Komitəsi əslən Azərbaycanın Quba rayonundakı məşhur Qırmızı qəsəbədən olan biznesmen, Moskvanın daşınmaz əmlak krallarından biri olan Solomon Manaşirovun evində və ofisində axtarışların aparıldığını açıqlayıb.
Bundan əvvəl Solomonun kiçik qardaşı Roman Manaşirov həbs edilib. O, Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İstintaq İdarəsinin müstəntiqlərinə rüşvət verməkdə şübhəli bilinir.