Ermənistanda dövlət qulluğuna qəbulla bağlı keçirilən test müsabiqəsi biabırçı nəticələri ortaya çıxarıb. 

Kiçik məmur vəzifələrinə namizdəlik verən şəxslərdən yalnız 15 faizi sadə testlərdən keçə bilib. Baxmayaraq ki, dövlət qulluğuna qəbul olmaq üçün Şura tərəfindən hazırlanan testlər olduqca primitiv suallardan təşkil edilib. Bu sırada Ermənistan və qonşu ölkələr barədə suallar verilib, eləcə də yazıçı Tumanyanla memar Tamanyanı fərqləndirə biləcək bilik tələb olunub. 

Ölkədəki ali təhsillilərin bilik səviyyəsinin nə qədər aşağı olduğunu Ermənistan mülki xidmət Şurasının sədri Manvel Badalyan da etiraf etməli olub: "Biz bilərəkdən yeni xidmətə başlayanlara qarşı çox da tələbkar olmamaq barədə qərara gəldik. Buna görə də suallar sadə idi. Nəticə isə belə oldu".

Qeyd edək ki, test imtahanlarında iştirak edən 400 namizəddən təxminən 60-ı sualları düzgün cavablandıra bilib. İmtahan verən namizədlərin hamısı ali təhsilli olub.(AzNews.az )