"Azərbaycan Ordusunun silahlarının keyfiyyətcə üstün olması sirr deyil. Bunu bilmək ayrı şeydir, döyüş meydanında bununla qarşılaşmaq isə başqa".
Bu barədə erməni KİV-ə müsahibəsində Ermənistanın sabiq prezidenti Robert Koçaryan aprel döyüşlərindən danışarkən bildirib.
"İroniya burdadır ki, Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatına (KTMT) üzvü olan, ərazisində Rusiyanın hərbi bazası yerləşən Ermənistan rəqibinə silahın keyfiyyəti baxımından uduzdu. Cəmiyyətin ağrılı reaksiyası burada aydındır. Hamı istəyirdi ki, Rusiya ilə hərbi ittifaq bu balansı qoruyub saxlamağa zəmanət versin, digər tərəfdən isə Ermənistanın Qarabağdakı təhlükəsizliyini qoruyub saxlaya bilsin",- deyə Koçaryan bildirib.
Ermənistanın sabiq prezidenti hesab edir ki, hərbi münaqişənin kəskinləşməsi Rusiya üçün sərfəli deyil, bu, onu vasitəçilər arasında çətin seçim qarşısında qoyur: "Ən yeni hərbi silahlarla hücuma keçməklə Bakı hərbi balansı pozdu. Bu niyə baş verdi? Bu hadisələrin qarşısını almaq mümkün idimi? Bu suallar uzun müddət müzakirə predmeti olaraq qalacaq.
Ermənistan müqavilənin yerinə yetirilməsini dayandırmalı idi. Bunun üçün kifayət qədər dəlillər var. Mənə bir şey aydındır: hakimiyyət var gücü ilə bunun qarşısını almağa çalışdı, amma bunu etmək mümkün olmadı. Buna görə də, baş verənlərə qiymət verməkdən çəkinirəm".
Koçaryanın sözlərinə görə, Ermənistan bir sıra hərbi sursatların alınmasına hazır deyildi.
"Artıq iki ildir ki, düşmən ordusu bizə çox problemlər yaradır. Çünki bütün silahlarla təchiz edilib. Ordunu gecə görmə cihazları, rabitə vasitələri, fərdi mühafizə vasitələri ilə təchiz etmək üçün bizə nə mane olurdu? Bu boşluqları aradan qaldırmaq lazımdır və bu istiqamətdə işlər aparılır", - deyə o, Koçaryan bəyan edib.(AzVision.az )