Azərbaycanda yeniyetmə yaşlarında olan internet istifadəçilərinin 13,8 faizindən çoxu qumar oyunlarını, silahı, zorakılığı və s. təbliğ edən, senzurasız leksikadan istifadə edilən saytlarla rastlaşırlar.

Unikal.org Trend-ə istinadən bildirir ki, statistik məlumatlar "Kaspersky Internet Security" "bulud" servisinin "Valideyn nəzarəti" modulunun quraşdırıldığı kompüterlərdən alınıb.

"Kasperski Laboratoriyası"nın məlumatına görə, son 12 ayda azərbaycanlı yeniyetmələrin 73,65 faizi əlaqə qurmaq üçün internetdən istifadə edib. 6,66 faiz onlayn oyunlar üçün internetdən istifadə edib. 5,83 faizi isə alkoqol, tütün və psixotrop məhsullar haqqında informasiyanın olduğu resurslarla rastlaşıblar.