Rusiyanın XİN rəhbəri Sergey Lavrov Fransanın xarici işlər naziri Jan-Mark Eyro ilə telefonla danışıb. Nazirlər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Unikal.org virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Rusiya XİN-də qeyd ediblər ki, nazirlər Ukrayna böhranının aradan qaldırılması üçün Minsk razılaşmalarının yerinə yetirilməsi üzrə işin "Normand dördlüyü" tərəfindən dəstəklənməsi məsələlərini, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini, iki tərəfli Rusiya-Fransa əlaqələrinin ayrı-ayrı aspektlərini müzakirə ediblər".