1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nərimanov rayonu ərazisində yaşayan və xüsusi qayğıya ehtiyacı olan imkansız ailələrin uşaqları, həmçinin əqli cəhətdən zəif olan uşaqlar üçün bayram tədbiri keçirilib.

Unikal.org-a daxil olan məlumata görə, tədbir Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunub.

Yığıncağı giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev burada təhsil alan uşaqları əlamətdar gün münasibətilə təbrik edərək, onlara göstəriən diqqət və qayğını yüksək qiymətləndirib, onların cəmiyyətə fəal inteqrasiyası üçün yaradılan şəraitə görə prezidentİlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Natiq ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrini, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq, respublikamızın sürətli iqtisadi inkişafının onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaratdığını diqqətə çatdırıb.
Milli Məclisin deputatı Adil Əliyev bayram münasibəti ilə uşaqları təbrik edərək onların dünyada hamı üçün əziz olduğunu, eyni zamanda uşaqlara qayğı göstərməyin, onları qorumağın, müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırıblar.

Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.

 

Nərimanovda uşaqları sevindirdilər - Fotolar
Nərimanovda uşaqları sevindirdilər - Fotolar
Nərimanovda uşaqları sevindirdilər - Fotolar