Ağdamda intihar hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Üçoğlan ərazi nümayəndəliyinin Alıbəyli kəndində qeydə alınıb. Həmin kənddə yaşayan 1994-cü il təvəllüdlü Axundova İlahə Maşallah qızı həyətlərində olan yardımçı tikilidə özünü asaraq intihar edib.
Ailəli olan İlahə Axundovanın iki qızı, bir oğlunun olduğu bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları intiharın səbəbini araşdırırlar.