Bir çox insan şəxsiyyətinin bərkidiyini və dəyişdirilə bilməyəcəyini düşünür.
Psixologiya elminin içində də klassik yanaşmaya üstünlük verən insanların düşüncələrinə görə, insanların şəxsiyyətləri sabit qalır. Lakin bu iddianın çox dəqiq olduğunu deyə bilmərik, çünki insanlar yaxşı və ya pis istiqamətdə daimi inkişaf göstərirlər. Bir insanın çevrilə biləcəyi şəxsiyyət indiyə qədər var olan xüsusiyyətlər, daxilində yaşatdıqları, gündəlik olaraq ortaya qoyduğu davranışlar tərəfindən müəyyən edilmiş ola bilər.

İnsanların şəxsiyyətlərini dəyişdirə biləcək gücdə olduqlarını göstərən müxtəlif təcrübələrin olması isə bizi bu mövzuda daha ümidli danışmağa sövq edir. Beləliklə, insanların istədikləri şəxsiyyətə çevrilə bilmələri üçün yeni imkanlar yaranmış olur.

Araşdırmalar şəxsiyyət dəyişiklikləri üzərində aparılır

Illinois Universitetindəki bir araşdırma insanların 16 həftədə hansı şəxsiyyət özəlliklərini inkişaf etdirə biləcəklərini test etməyə çalışıb. The Journal of Personality and Social Psychology’də yayımlanan təcrübə, dəyişikliyi istəyən insanların istəməyənlərə nisbətən xarakterlərində aşkar bir inkişaf olduğunu müəyyən edib. Təcrübə nəticələrinin çox kəskin danışmağa icazə vermədiyini, lakin, ən azından insan şəxsiyyətində dəyişikliyinin mümkün olduğu mövzusunda güclü olduğunu deyə bilərik. İşi aparan komandanın fikrinə görə, dəyişiklik üçün müəyyən vaxt tələb olunur. İlk əvvəl hədəflər davranışları dəyişdirir, bu isə öz növbəsini mənlik qavrayışını dəyişdirir və ən sonda da daha çox davranış dəyişikliyi meydana çıxır.

University of Manchester və London School of Economics’də aparılan başqa bir təcrübəyə əsasən isə insanların şəxsiyyətləri müəyyən vaxt ərzində əhəmiyyətli dəyişikliklərə məruz qalır. Hətta ən kiçik sayıla biləcək dəyişikliklər də müəyyən zamandan sonra daha nəhəng dəyişikliklər üçün zəmin yaradır.

Son olaraq qeyd edək ki, Motivation and Emotion jurnalında yayımlanan bir məqalədə qayğı problemi olan insanlar başqa insanlara yaxşılıq etdiyi zaman sosial olaraq daha yaxşı mövqeyə keçə bilirlər. Bütün bu araşdırmalar, insanların şəxsiyyət dəyişikliklərində uğur qazana biləcəkləri mövzusunda yeni üfüqlər açmış olur.
(pahoo.az)