ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu ay Azərbaycan ilə Ermənistan prezidentləri arasında keçiriləcək görüşü şərh edib.
Unikal.org xəbər verir ki, o, jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ilə görüşüb. İyunun 2-də isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan həmsədrlərlə görüş keçirəcək.
Səfir deyib: "Bizim məqsədimiz Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələrini daha da inkişaf etdirmək və hərtərəfli sülhə nail olmaqdan ibarətdir."