Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, qanun Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısında dəyişikliklə bağlıdır.
Dəyişikliyə əsasən, properdian Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısından çıxarılıb. AH-7921, AM-2201, 5F-AKB-48, JWH-015, JWH -018, JWH -122, JWH -210, Oripavin (3-O-dimetiltebain) və UR-144 (fenil sianid 2,4,6-triizopropil) isə respublika ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil edilib. Dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına isə 25B-NBOMe (2C-B-NBOMe), BZP-N-benzilpiperazin, 25C-NbomE (2C-C-QBOMe), 25İ-NBOMe (2C-İ-NBOMe), MDPV-3,4-metilendioksipirovaleron, mefedron (4-metilmetkatinon) və metilon (beta-keto-MDMA) əlavə edilib.