Somalinin paytaxtı Moqadişoda silahlıların hotelə hücumu nəticəsində azı 10 nəfər ölüb.
Unikal.org-un APA-ya  istinadən verdiyi xəbərə görə, silahlılar əvvəl "Ambassador" hotelinin qarşısında minalanmış avtomobili partladıblar, sonra isə hotelə hücum ediblər. 
Ölənlərin sayının artma ehtimalı var.
Terror aktına görə məsuliyyəti "Əş-Şəbab" terror qruplaşması öz üzərinə götürüb.