Los-Ancelesdə universitetlərdən birində qanlı insident baş verib.
Unikal.org "Qafqazinfo"ya istinadən məlumat verir ki, naməlum silahlı şəxs 40 min tələbənin təhsil aldığı universitetdə 2 insanı güllələyib.
Təhsil ocağından hər kəs evakuasiya olunub.
Hazırda hadisə yerinə xüsusi təyinatlı polislər cəlb olunub .
Polisin məlumatına görə, atıcı mühəndislik binalarından birində gizlənib.