Nəsibin soyduğu Nəsimi
11:29 18-09-2012
İQTİSADİYYAT
NƏsibin soyduğu NƏsimi
Yusif Məhəməliyevin Yusif Fərracdan fərqi
Nəsillər dəyişsədə,əsrlər keçsədə İmaməddin Nəsimi hələ də unudulmur və dərisi soyulan haqq carçısının naləsi hələ də eşidilir.
"Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözunü əbzəm ol, şərhu bəyanə sığmazam"- deyən Nəsimi , məncə indi olsaydı cahanların hər ikisindən imtina edərdi. Çünki indi bu məkanların öz sahibi var və o Nəsiminin də, o cahanında, bu cahanında sahibi olan Nəsib Məhəməliyevdir. Gəlin tanış olaq,Nəsimiyə belə sahiblənən bu Nəsib Məhəməliyev kimdir?
Uzun illər dəmir yol sahəsində çalışan,sonra xırda sahibkarlıqla məşğul olan,daha sonra Dağıstanda və s yerlərdə maşın hissələrinin satışı ilə məşğul ola-ola böyük sahibkara çevrilən Nəsib Məhəməliyevin günlərin biri başına şahlıq quşü qonur. Və haqq şairi Nəsiminin adını daşıyan Nəsimi rayonunun icra başçısı təyin olunur. İlk vaxtlar əllərini çırmalayıb işə başlayan yeni icra başçısı bir illik görüntü yaratmaqdan sonra yoxa çəkilir.Amma rayonda məcaralar bundan sonra başlayır. Belə ki, Nəsib Məhəməliyev Nəsimi rayonunu elə Nəsiminin edamı sistemi ilə idarə etməyə başlayır. Başqa cür desək Nəsib Məhəməliyev diqqəti cəlb etmədən Nəsimi rayonunun demək olarki əməlli-başlı dərisini soymağa başladı.
İlk zərbə məhəllələr arası parklara...
Nəsib Məhəməliyev rayona icra başçısı təyin olunan günün səhərisi,əsasən mikrorayonlardan formalaşan rayonu başdan -ayağa gəzdi. Sakinlərin gözlərində bir ümid yaranmışdı. Sonuncu dəfə 1977-ci illərdə binalarda təmir işləri aparıldığından demək olar ki, su boruları, kanalizasiya xətləri bərbad gündə idi və beş mərtəbəli binaların demək olar ki, hamısının zirzəmisi bataqlığa çevrilmişdi. İnsaf naminə icra başçısı bu dəhşətli səhnəni görən də bildirmişdi ki, burda adam yaşamaz. Bu isə o demək idi ki, tezliklə hamının üzü güləcək. Amma...amma aydın oldu ki, Nəsib Məhəməliyev deməyib ki, buraları təmir edəcək , sadəcə deyib ki, burda adam yaşamaz. Bəlkə də artıq o zaman hesab edibmiş ki, burda yaşayanlar adam deyil. Deyəsən bu elə belə idi. Çünki qısa zaman keçəndən sonra beşmərtəbəli binaların arasındakı uşaq parkları Çin səddi kimi hasara alındı. Bir halda ki, burda yaşayanlar adam deyil,deməli onların övladları da adam və ya insan haqlarına sahiblənə bilməz, uşaq parklarında istirahət edə bilməz. Beləliklə qısa müddət ərzində 1-3-4-5-ci mikrorayonlardaki məhlələr arasındakı uşaq parklarının 80 faizi mənimsənildi. Öncələr Nəsib Məhəməliyev bu sahələri ya iş adamlarına satır, ya da şərikli tikinti sektorunda fəaliyyətini genişləndirirdi. Amma aydın oldu ki, bu variant sərfəli deyil və qısa zaman ərzində Nəsib Məhəməliyev rayonun arxitekturasını "pozmamaq" üçün hündürmərtəbəli tikililərə yasaq qoydu. Yenə hamı sevindi. Teymurləng İmaməddin Nəsimini edam etmək istəyən zaman Şirvanşah Nəsimiyə himayədar oldu və hamı düşündü ki, Fəzlullah davamçıları düşüncə savaşını davam etdirəcəklər. Nəsib Məhəməliyev də Nəsimi rayonunda hündürmərtəbəli binaların tikintisinə qadağa qoymaqla Teymurləng timsalında çıxış edən iş adamlarının əlindən rayonu xilas etdi. Amma yenə də nəsimiçilər yanılıbmış. Əslində Nəsib Məhəməliyevin sən demə Şirvanşah kimi Nəsimini satmaq üçün yeni planı var imiş. Plan isə çox sadə idi. Diqqət mərkəzinə gəlməmək, yuxarı dairələrin qəzəbinə tuş gəlməmək, Fövqəladə Hallar Nazirliyinin bəlli standartlarından yayınmaq üçün Nəsib Məhəməliyev mikrorayonlarda məhlələr arasında yalnız iki mərtəbəli ofislər, iaşə obyektlərinin tikintisinə başladı. Bir tərəfdən bu obyektlər daha tez tikilir, satılır, digər tərəfdən isə diqqəti cəlb etmirdi. Adi bir fakta baxaq. Yalnız 5-ci mikrorayonda Asif Məhərrəmov küçəsinin kəsişdiyi ərazidə xırda bir küçədə 7 ədəd iki mərtəbəli bina tikdirib. Amma bu binaların nə səsi çıxır, nə də küyü. Başqa maraqlı bir fakt isə budur ki, Nəsib Məhəməliyev bütün bu işlərin həyata keçirilməsində gözə görünmür və bütün işlər başqa bir nağılımızın qəhramanını xatırladan Göygöz kosalar həyata keçirilir. Amma onların da başı üzərində demokl qılıncı kimi dayanan Nəsiminin qeyri-rəsmi sahibi var. Bu isə Nəsib Məhəməliyevin biznesinə və rayonuna sahib olan qardaşı “Yuska” ləqəbli Yusif Məhəməliyevdir. Rayondan reportaj hazırlayan zaman istər ticarət obyektlərinin sahibləri, istər rayonda tikinti işləri aparanların çoxları bildirdi ki, rayonda daşı daş üstünə qoymaq istəyirsənsə, adi ticarətlə məşğul olmaq istəyirsənsə yalnız və yalnız Yusf Məhəməliyevdən icazə almalısan. Amma Yusuf Məhəməliyev də "Aldanmış Kəvakibdə" ki, Yusif Sərrac deyil ki, yəhər düzəltmə dəzgahının arxasından gətirib külli hakimiyyət sahibi edib, sonrada oyundan çıxarasan. Düzdü müasir Yusifimizn möhürü-filanı yoxdur. Amma kəsdiyi başın da sorğusualı yoxdur. Başqa cür desək, rəsmi sənədlərdə icra başçısı Nəsib Məhəməliyev, qeyri-rəsmi isə rayonun sahibi Yusif Məhəməliyevdir. Nəsimi rayonu son 5 ildə həm də ona görə yadda qalıb ki, rayon həm qızıl yatağına,həm də İslamın "beşiyi"nə çevrilib.Bu necə olub, gəlin buna da vaxt ayıraq. Yolumuz rayondakı "Moskva" ticarət mərkəzinə düşdü. Əslində mərkəzə daxil olanda göz oxşayan piştaxtalar, satıcı xanımlar, milyonlarla dəyərində olan qızıl,brilyant dəstləri buranı həqiqətən də Moskvaya, daha doğrusu isə dünyaca dəyəri olan Sibir qızıl yataqlarını xatırlatdı. Bu gün paytaxta qızıl,brilyant alverinin az qala mərkəzinə çevrilən bu ticarət mərkəzi sözün həqiqi mənasında həm də bir labrintə oxşayır. Bu labrint nədən ibarətdir? Reportaj hazırladığımız zaman məlum oldu ki, bu mərkəzdə qızıl satışına nəzarət edən heç bir qurum nəsə edə bilməz. Burda əyyarlar da, qaydalar da Nəsib Məhəməliyev, daha doğrusu Yusif Məhəməliyev tərəfindən qayda nə cür qoyulursa o cür də idarə olunur. Ən maraqlısı isə budur ki, bura tək qızıl,brilyant mərkəzi deyil. Həm də bu mərkəz vəhabi təriqətinin Azərbaycanda ən ciddi gəlir gətirən nöqtələrindən biridir. Apardığımız qısa araşdırmalar təsdiqlədi ki, mərkəzdə satılan zinnət əşyalarının,qızıl lomların 90 faizi Səüdiyyə Ərəbistanından gətirilir. Və bu işi yalnız vəhabi olan şəxslər həyata keçirə bilər. Mənbə bildirir ki, ticarət mərkəzində mağaza sahibləri olan şəxslərin də vəhabi olması nəzərə alınır.Təbii ki, məxfi saxlanılmaqla. Yəni mağaza sahibi vəhabidirsə ona qızıl və ya brilyant daha ucuz qiymətə, yox əgər vəhabilərə aidiyyatı yoxdursa baha qiymətə satılır. Ən marqlısı isə budur ki, mağaza sahiblərinin ixtiyarı yoxdur ki, satacaqları zinnət əşyalarını başqa yerlərdən alsınlar. Mərkəzdən aldığımız məlumata görə vəhabilərin bura toplaşması da təsadüfü deyil. Belə ki, Nəsib Məhəməliyev və qardaşı uzun müddət Dağıstanda bizneslə məşğul olublar və hazırda Dağıstanla əlaqələri qalır. Xatırladaq ki, hazırda Dağıstan və çeçenistanda vəhabilər ciddi nüfuz sahibidilər və "Moskva" ticarət mərkəzində bu xətti açıq-aydın görmək mümkündür. Belə ki, adətən həftənin beşinci və altıncı günləri ticarət mərkəzi çeçen və dağıstanlı qadınlarla dolu olur. Həmin qadınlar mərkəzdən zinət əşyalarını götürərək MDB məkanında müxtəlif bölgələrdə yaymaqla məşğuldurlar. Yəqin ki, bununla Nəsimi rayonunun gözə görünməyən tərəflərini də görə bildiniz. Amma rayonun sirləri heç də bununla tamamlanmır. Daha maraqlı məcaranı isə gələn reportajlarımızda izləyə biləcəksiniz.
İndilikdə isə bununla tamamlayaq. Nəsimi deyərdi ki,
Dünya duracaq yer deyil, ey can, səfər eylə!
Aldanma anın halına, andan həzər eylə!
Bir halə qərar eyləmə əyyam, keçər ömür,
Ey əhli-nəzər, baxma bu halə, nəzər eylə!
Amma Nəsimi rayon sakinləri indi tək bunu deyir:-
"Nəsimi Nəsibindi, ey can səfər eylə!
Aldanma Yusifin halına, haldan həzər eylə!
Gözləmə düzələcək dərdin,köçər ömrün,
Qaç rayondan, baxma dalə,nəzər eylə"
(ardı var)
Digər Xəbərlər
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00