Abşeron rayonunda qanlı hadisə baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, ər keçmiş həyat yoldaşını bıçaqlayıb.

Hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində baş verib. 28 yaşlı Şəbnəm Sərvər qızı Mürşüdova yaşadığı evdə keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı ailə üzlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Qanlı hadisə barədə polis məlumat verilib. Abşeron polisi hadisə yerindən qaçan şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Hadisənin baş vermə səbəbləri aparılacaq istintaq zamanı bəlli olacaq.

Faktla əlaqədar cinayət işi başlanıb.