Bu gün Azərbaycana səfərə gələn “Gürcüstan Dövlət Elektrosistem” ASC-nin idarə heyətinin sədri David Tvalabeişvili ilə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin görüşü olub.
Unikal.org xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan Elektroenergetika sisteminin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi edilib. Eyni zamanda tərəflər arasında mövcud olan müqavilə münasibətlərinə dair müzakirələr və 330 kV-luq ikidövrəli ötürücü xəttinin inşası üzrə geniş müzakirələr aparılıb.
Müzakirələrinin yekunundan sonra Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb.