Ermənistan ordusunun daha bir yüksək rütbəli zabiti həbs edilib. Unikal.org-un məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan öz "facebook" səhifəsində yazıb.

O bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin Xüsusi Təyinatlı Qüvvələrinin əməkdaşı olan polkovnik-leytenant  Arutyun Əmirxanyan həbs edilib. 
Buna səbəb rüşvət almalarıdır. 

"Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin Xüsusi Təyinatlı Qüvvələrin İrəvan Hərbi Komissarlığının polkovnik-leytenantı 5000 dollar rüşvət alarkən saxlanılıb".
 
Qeyd edək ki, mayın 20-dən bəri Serj Sarkisyanın əmri ilə  Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, baş qərargahın kəşfiyyat idarəsinin rəisi  general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının  və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan, ordumuz tərəfindən dağıdılan Madagiz polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad edilib.
Həmçinin ordunun generalı Melsik Çilingəryan vəzifəsindən azad olunduqdan sonra polkovniklər Armen Markaryan və Mqer Papyan vəzifə başında həbs ediliblər.