Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, dekabrın 18-də qızılın qiyməti dekabrın 17-i ilə müqayisədə 19,0995 manat artaraq 1 unsiya üçün 2122,3565 manat təşkil edib.

Gümüş 0,2092 manat bahalaşaraq 1 unsiya üçün 24,972 manata bərabər olub.

Platinin qiyməti 13,005 manat artaraq 1345,55 manat, palladiumun qiyməti isə 26,5795 manat artaraq 2146,454 manat təşkil edib.

Ad

18.12.18

17.12.18

Qızıl

XAU

2122,3565

2103, 257

Gümüş

XAG

24,972

24,7628

Platin

XPT

1345,55

1332, 545

Palladium

XPD

2146,454

2119, 8745

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.