Bakıda kütləvi dava olub.
Unikal.org bildirir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Bir qrup gənc (7-8 nəfər) arasında düşən davada qəsəbə sakini, 1985-ci il təvəllüdlü Bəhruz Şahmar oğlu Mustafayev xəsarət alıb.
 
Hazırda dava iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər davam etdirilir.