Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun gəlini Mehriban Şəmsəddinskaya paytaxt otellərindən birində keçirilən xeyriyyə tədbirinə qatılıb.

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, rəssamlıqla məşğul olan M.Şəmsəddinskaya autizm xəstəliyindən əziyyət çəkən uşaqların moda nümayişində iştirak edib. Rəssamın çəkdiyi əsərlər balaca modellərin geyindiyi libasların üzərində əks edilib.

O, tədbirə öz rəsm əsərinin eynisindən hazırlanan köynək geyinib.

Qeyd edək ki, Mehriban Şəmsədinskaya Azərbaycanın tibb sahəsində tanınmış nəslin nümayəndəsidir. Görkəmli cərrah Musa Şəmsədinskinin nəticəsi, Əməkdar elm xadimi, Tibb Elmləri doktoru Naziyə Şəmsədinskayanın nəvəsidir.

Xatırladaq ki, baş bankirin qızı Günel Rüstəmova da tanınmış modelyerdi.