Millət vəkili Aydın Mirzəzadə aprel döyüşlərdə ağır yaralan olunan "Rembo" ləqəbli döyüşçü Razi Cavadova baş çəkib.
Unikal.org xəbər verir ki, barədə deputat Facebook səhifəsində yazıb.
"Bu gün Mərkəzi Hərbi Hospitalda aprel döyüşlərində ağır yaralanaraq müalicə olunan Mingəçevir sakini Rahim Tağıyevi ziyarət etdim.
Rahim döyüşlərdə qəhrəmanlıqla vuruşub və aprel ayının 4-də başından ağır yaralanıb. Cərrahi əməliyyatlardan sonra reanimasiya dövrü keçir. Ona bütün diqqət göstərilir, onu həm əməliyyat edən və gündəlik nəzarət edən həkim dəfələrlə xaricdə çoxaylıq kurslarda təcrübəsini təkmilləşdirmiş həkimlərimizdəndir.
Palatada Rahimlə birgə yatan bir gizir və bir əsgərlə də söhbət etdim. Əhval-ruhiyyələri yüksəkdir, valideynləri ilə görüşlərinə daim şərait yaradılır. Həmçinin qonşu palatada müalicə olunan "Rembo" ləqəbli hərbçimizlə də görüşdüm. Müalicəsi yaxşı gedir.
Palatada mənimlə birgə olan baş həkim polkovnik-leytenant Tofiq Tağıyev və tibbi personalla da söhbət etdim. İşlərinə məsuliyyətlə yanaşdıqları hiss edilir. Bir tibb bacısı aprel günlərində öz təşəbbüsü və təkidi ilə düz 27 gün palatalarda ağır yaralıların yanında qalmış və hətta onlara ev yeməyi bişirirmiş.
Sonradan Rahimin ailəsinə zəng edərək onlara ziyarətim və gördüklərim barədə danışdım və yaralının müalicəsinin ciddi nəzarətdə olduğunu söylədim".