Prezident İlham Əliyev ABŞ Azərbaycan arasında imzalanan sazişi təsdiq edib.
Unikal.org xəbər verir ki, sənəddə deyilir: "Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" 2016-cı il aprelin 6-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2016-cı il."