"Hafka" ləqəbli biznesmen Ermənistana neft satır?
02:31 19-09-2012
İQTİSADİYYAT
"Hafka" ləqəbli biznesmen Ermənistana neft satır?
"Baglan Group"un rəhbəri Hafiz Məmmədov pullarını isveçrədəki banklara yatırdır
Azərbaycanın tanınmış iş adamlarından olan və "Hafka" ləqəbi ilə tanınan Hafiz Məmmədovun biznesi ilə bağlı maraqlı iddialar yayılıb. Həmin iddialarda xüsusən onun şirkətinin neft daşımaçılığı və xaricdən avadanlıqların alınması zamanı şübhəli əməliyyatları ilə bağlı iddialar diqqət çəkir.
Qeyd edək ki, Azərbaycanın xaricə neft daşımalarında Hafiz Məmmədovun holdinqinin - "Bağlan Group"un da adı çəkilir. Məlumatlara görə, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə qardaşı, vaxtilə "Azpetrol"un sahibi və rəhbəri olmuş Rafiq Əliyevin həbsindən sonra neft daşıması əməliyyatlarına yeni oyunçu - "Bağlan Group" da cəlb olunub. Neft daşımalarına "AzTransPetrol" şirkəti ilə qoşulan "Baglan Group"un rəhbəri Hafiz Məmmədov həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, "Bakı" futbol klubunun prezidentidir.
Bəzi məlumatlara görə, Hafiz Məmmədovun rəhbərlik etdiyi "Bağlan Group" Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçib. Amma maraqlıdır ki, qurumun rəsmi internet səhifəsində (http://baghlangroup.com/) qeyd olunur ki, bu şirkətlər qrupu Əhməd Abdulla Məhəmməd Abdulla Behzad adlı şəxs tərəfindən 1998-ci ildə "Baghlan General Trading LLC" Məhdud Məsuliyyətli Cəmiyyət kimi təsis olunub. 2002-ci ildə isə bu cəmiyyət bütün fəaliyyət sahələrini "Baghlan Group FZCO" adlanan şirkətlər qrupunda cəmləşdirib.
Xatırladaq ki, üç il əvvəl Milli Məclisdə Xəzərin Azərbaycan sektorunda yerləşən "Bahar" və "Qum-Dəniz" yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü sazişi haqda qanun layihəsi müzakirəsində yaranan qalmaqalda da "Bağlan Group"un adı çəkilirdi. 310 kv.km-ə yaxın sahəni əhatə edən saziş 2009-cu il dekabrın 22-də ARDNŞ-lə "Bahar Enerji Limited" arasında imzalanıb. Həmin vaxt Milli müxalifətçi deputatlar müqavilədə imzanın anonim olmasına, imza atan şəxsin adı və vəzifəsinin göstərilməməsinə diqqət çəkmişdilər.
Başqa bir qaranlıq məqam isə şirkətin müqavilədə göstərilən ünvanı ilə bağlı ortaya çıxmışdı. Müqavilədə şirkətin ofisi kimi Mirzağa Əliyev küçəsi, 24 ünvanı göstərilsə də sonradan məlum olmuşdu ki, həmin ünvan köhnə və az qala uçmaq ərəfəsində olan bir yerdir və orada hansısa şirkət yerləşmir. Sonradan məlum oldu ki, "Bahar Enerji Limited" də məhz "Bağlan Group"a daxildir və bu şirkət də Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçib.
Hafiz Məmmədovun neft daşımaları ilə bağlı iddialarında iş adamının şirkətinin Gürcüstana da neft satdığı bildirilir. Amma belə bir narahatlıq və şübhə var ki, satılan həmin neft sonradan Ermənistana ötürülə bilər.
Məsələ burasındadır ki, Azərbaycandan Gürcüstana satılan neftin sonradan Ermənistan tərəfindən də alına bildiyi barədə iddialar da yeni deyil və bu zaman-zaman bununla bağlı çeşidli fikirlər səslənir. Hesab olunur ki, bu məsələdə nəzarət və şəffaflıq artırılmalıdır.
İndi analoji iddianın "Hafka"nın neft daşımaları ilə bağlı olan şirkətinin Gürcüstana və yaxud Gürcüstan üzərindən neft satışı ilə bağlı ortaya çıxmasını bu mənada təbii qarşılamaq lazımdır. Önəmli olan həmin iddiaların yoxlanılması və cəmiyyətin bu yöndə bilgiləndirilməsidir.
Hafiz Məmmədovun biznesi ilə bağlı başqa bir diqqətçəkən iddia isə ondan ibarətdir ki, iş adamı ayrı-ayrı Avropa ölkələrindən, o cümlədən, Almaniya, İngiltərə, Türkiyə və s. dən alınan avadanlıqların sənədləşdirilməsi zamanı ilginc metod tətbiq edir. Belə ki, bu avadanlıqların alınması zamanı yalnız ayrılan vəsaitin 15-20 faizi xərclənir, yerdə qalan hissəsi isə müxtəlif vasitələrlə "silinərək", xaricdə - xüsusilə də İsveçrədəki bank hesablarında saxlanılır.
Nəticədə Hafiz Məmmədovun maddi baxımdan daha da gücləndiyinin söyləndiyi iddialarda məhz buna görə də artıq "Baglan Group" sahibinin iş adamı olmaqdan çıxaraq, artıq sürətlə bir oliqarxa çevrildiyi vurğulanır.
Seymur Quliyev[left][/left]
Digər Xəbərlər
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39