Türkiyənin Star Tv kanalında yayımlanan daha bir məşhur serial bağlana bilər.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Star TV-nin ən çox izlənilən "İstanbullu Gəlin" serialının son bölümündə hamam səhnəciyi ciddi tənqidlərə və müzakirəyə yol açıb. Cümə axşamları yayımlanan serialın 68-ci bölümündə hamam səhnəsi tamaşaçıların əsəbinə tuş gəlib. Serialın 68-ci bölümündə tamaşaçılar hamam səhnəsini sosial şəbəkələrdə ciddi tənqid ediblər. Müzakirələri artıran isə serialda İpekin hamamda taxdığı hamam dəsmaldır.
Sosial mediada bir çox adam İpekin hamamda geydiyi dəsmalda sinəsinin ucu görsəndiyini deyir və kanal bunu reytinqini artırmaq üçün bilərəkdən etdiyini söyləyirlər.
Qeyd edək ki, Türkiyə Radio və Televiziya Şurası (RTÜK) hələlik sözügedən görüntülərlə bağlı açıqlama verməsədə, ekspertlər serialın bağlanacağını iddia edirlər.