Xəbər veriyimiz kimi,"Maşın" şounun qalibi aktrisa Xəyalə Quliyeva olub.
Unikal.org-un məlumatına görə, finala Xəyalə və aparıcı Ranar Musayev qalıb. Sonda isə Ranar avtomobildən əlini çəkib və yarışmanı tərk edib. R.Musayev ona ünvanlanan suallara sosial media hesabında cavab verib:
“Hər kəsə ayrı cavab verə bilməsəm də, suallarınıza cavab olaraq, söz verdiyim paylaşımım:
Xəyalə çox mübariz oyunçu idi, onun iradəsinə heyranam. Təbi ki, Xəyalənin yerinə Sərxanla finalda olsaq, nəticələr başqa cür olacaqdı, amma mən oyundan qızları çıxara bilməzdim. Hələ Sərxanı çıxardığıma görə indiyə qədər üzülürəm. 100 dəfə ondan üzr istəmişəm.
O ki qaldı finalda əlimi çəkməyimə, heyif ki, o videonun ardı efirə getmədi. Əvvəla mənə 3-cü gecə güc gəlmişdi. İstəsəm, davam edə bilərdim. Sadəcə bilirdim ki, udsam da maşını Xəyaləyə verəcəm. Buna görə də nə özümü, nə də onu incitdim. 2 gün maşın ətrafında durduq. Bəs etdi. əlimi çəkəndə olan mübahisə maşına görə deyildi. Sadəcə Xəyaləyə dedim ki, sənə avtomobil vacibdir, mənə qalibiyyət hissi. Mən qalib olum, maşın sənin olsun. O, mənə inanmadı, bu da xətrimə dəydi.
Bu səbəbdən orada dayanmaq istəmədim. Fikrimi dedim və getdim. Getdikdən sonra anladım ki, sözlərim onun xətrinə dəydi, nəinki o mənim. Buna görə də halım çox pis oldu, köməyə çağırdım ki, məni Xəyalənin yanına aparın. Qayıtdım Xəyaləni öpdüm, qucaqladım. Üzr istədim ki, qalibiyyətinə sevinsin. Onun maşın istəyi mənim qalib olmaq hissimdən vacib və üstün idi. Ona baxanda özümü saxlaya bilmirdim ki, istəyi çox böyükdür, mən udsam, bununla yaşaya bilmərəm. Hər iki halda udsam da, uduzsam da maşın onun olacaqdı. Bu halda özümə sual verdim ki, Ranar, sənə nə vacibdir? Qalibiyyət, yoxsa azadlıq? Bu suala olan cavabımla da məsələ bitdi, əlimi çəkdim.
Ona qədər isə sadəcə istəyirdim ki, Xəyaləyə mənə etibar edə biləcəyini sübut edim. Bir tərəfdən də düşündüm ki, o, indiyə qədər etibar etmədisə, bundan sonra da nəyisə sübut etməyin mənası yoxdur.
Sağlamlıq isə daha vacibdir. Çünki hər ikimiz yıxılana qədər əlimizi götürən deyildik. Burada mübarizə tək fiziki gücdən, psixoloji vəziyyətdən asılı olmadı. Ürəyimin beynimə dedikləri daha üstün oldu. O da mənə əlimi çəkdirdi. Başqa heçnə, nə yuxusuzluq, nə ac-susuzluq, nə də digər təbi ehtiyaclar.
Şounun ilk günündən belə artıq bilirdim ki, sona qalsam, avtomobil ehtiyacı olanın olacaq. Mənə sadəcə emosiya lazım idi, onu da aldım. Onun üçün özümü qalib kimi hiss edirəm. Oyun bitdi. Əsl qalib ən güclü finalçı oldu, yəni Xəyalə.
Qaliblər isə müzakirə olunmur. Müzakirə etsək də onun mübarizəsinə yalnız heyran olmaq olar. Bir daha təbrik edirəm. Bu maşın Xəyaləyə və ailəsinə uğurlu, düşərli olsun. Əsas odur ki, şoudan əvvəl bir-birimizə söz verdiyimiz kimi, baş verənlərdən asılı olmayaraq, hamımız dost qalaq. Elə də oldu. Məgər, qalibiyyət bu deyilmi? Maşını udmadığıma görə pis olmuram. Sevginiz ən böyük qazancımdır". (axşam.az)