Gülben Ergen müğənni Yeşim Salkımı polisə şikayət edib. Onun iddiasına görə, Yeşim Gülbəni və Uşaqlarını ölümlə hədələyir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ergen Salkımın "O qadını bitirəcəyəm" mesajını sübut göstərib. İafaçı onu təhqir, tənqid və təhdid edən həmkarı ilə bağlı iş aparılmasını tələb edib.
Mükafatlandırma mərasimində Ergen 38 məktəb tikdirib, tələbələrə təhsil verdiyi üçün mükafata layiq görülüb. Bundan sonra Salkım müğənni ilə bağlı tənqidi açıqlamalar verib:
"O mükafat mənim haqqım idi. Tədbiri təşkil edən Sinan Güzel, mən Hakan Uzanın keçmiş arvadıyam. Bu işlərin necə aparıldığını yaxşı bilirəm. O əxlaqsız qadını dəvət edib, mükafat verdiniz, haqqımı yediniz. Bu iş qan davasına çevrildi. Mənim o qadını yox etməyimə mane ola bilməzsiniz".
"Uşaqlarıma ziyan vurmasından qorxuram" deyən Gülben "Yeşim Salkım mənə aid olduğu deyilən görüntüləri yayaraq, zərər verəcək. Karyeramı, hörmətimi batırmaq istəyir" sözlərini əlavə edib.