Son zamanlar şou aləminə bomba kimi düşən, yeni 70 minlik "Bu gün" klipi ilə at oynadan, haqsızlığa susmayan Sabina Selcandan xəbər var.
Unikal.org big.az-a istinadən xəbər verir ki, ifaçı rəfiqəsi Şəbnəm Tovuzlunun ad günündə məclisə sonradan daxil olub və hər kəslə salamlaşan Sabina Aşıq Namiqə də salam verib. Namiq isə xanım ifaçının əlini sıxıb və əlinin içinə nə isə hərəkət edib. Bunu tərbiyəsizlik adlandıran Sabina Selcan susmayıb və aşığa video görüntüdə görəcəksiz, nələr deyib:
“Aşıq Namiq eşitmişəm hər kəsə hədə qorxu gəlirsən və ya pul gücünə bu videonu sildirirsən, amma nahaq. Sənin qabağında uşaq yoxdu. Qadınları aşağılamaq olmaz. Mən mədəniyyət xatirinə məclisə sonradan daxil oldum sənə də əl uzadıb,salam verdim. Əl hərəkəti etmək sənin tərbiyəsizliyindir. Mən buna susmadım. Etiraz etdim ki, yerini biləsən. Deyirsən Sabina mənlə reklam olur, ay kişi, sən Faiq Ağayevsən, Röyasan ya bəlkə bilmirəm Aygün Kazımovasan ? Özün orada jurnalistlərə deyirsən niyə məndən yazmırsız ? Amma mənim elə problemim yox şükür Allaha. Bir az da əsəbləşdirsən yumacam gözümü açacam ağzımı. Unutma, qarşında gücsüz qadın yoxdu əzib keçəsən, əlimin içini qıdıqladığın o əlini sındırıb ayağının altına atarlar. Ağıllı ol !”. Aşıq Namiq isə cavabında : “ Sən mənlə reklam olursan, sən mənim səviyyəmdə deyilsən ki, cavab verim" deyib.