"Əjdaha Dönər" adlı restoran sosial şəbəkə hesabında paylaşılan foto narazılıqla qarşılanıb.
 
Unikal.org
xəbər verir ki, restoranın SMM əməkdaşı səhifədə dönər fotosu paylaşaraq bu sözləri yazıb: "Aclıq aksiyasına son". 
 
Sosial şəbəkə istifadəçiləri bu fotonu həbsdə olan blogger Mehman Hüseynovun aclıq aksiyası keçirməsinə cavab olaraq paylaşıldığını yazıb.
 
Səhifədə 10 dəqiqə qalan foto tezliklə silinib və bu haqda açıqlama yayılıb: Dəyərli izləyicilərimiz. Təəssüf edirik ki, az öncə paylaşdığımız post bəzi izləyicilər tərəfindən TAMAMİLƏ ƏKSİNƏ anlaşıldı. Daimi izləyicilərimiz bilir ki, Əjdaha Dönərin özünəməxsus paylaşım üslubu var və buna bənzər paylaşımlar daha öncə də olub. İrad və şikayətlərinizi nəzərə alaraq paylaşımımızı sildik. Diqqətiniz üçün təşəkkür edirik".