Ağstafa rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və içərisinə yığılmış 20 ton ot bağlamasının 9 tonu yanıb.
Unikal.org Fövqəladə Hallar Naziriyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, yardımçı tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.