Bursanın Karacabey ərazisindəki Longoz meşələrində çəkilən "Recep İvedik 6" filminin tamamlanmasından sonra ərazidə qurulan evlər yağışlı havada dağılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Afrika ab-havası yaratmaq üçün Gökbakar 100 min lirə pul xərcləyib.
Çəkilişdən sonra meşəyə çox sayda insan yollanıb. Onlar maraqlı dizaynı izləmək üçün növbəyə girirdilər. Amma yağan yağışlar dekoru dağıdıb.